cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın futbolçusu karyerasını İsveç klubunda davam etdirə bilər

10.01.2018 00:20 Oxundu 2774

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK klubunda davam etdirə bilər.

Stokholm təmsilçisi Norveç yığmasının 30 yaşlı yarımmüdafiəçisinin xidmətində maraqlıdır. Artıq AİK rəsmiləri Mərakeş əsilli futbolçunun müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”u ilə danışıqlara başlayıblar. İsveçrə təmsilçisi Elyunussini transfer etmək, bu baş tutmayacağı təqdirdə isə icarəyə götürmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın yay fasiləsində 1 illik icarəyə götürdüyü Tarik Elyunussi cari mövsümdə 8 oyunda meydana çıxıb. O, geridə qalan müddətdə əsas heyət üzvünə çevrilə bilməyib. Report