cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin futbolçusu Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub

11.01.2018 09:18 Oxundu 2908

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.

30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb.

Qeyd edək ki, müqavilə ilə "Bursaspor”a məxsus olan Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər. Report