cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ardanın transferi baş tutmaya bilər, amma...

11.01.2018 12:57 Oxundu 3001

"Barselona"nın lduz futbolçusu" Arda Turanın "Medipol Başakşehir"ə keçidinin tamamlandığı barədə xəbərlər yayımaqdadır. Futbolçunun özü bu transferə razı olduğunu bildirsə də, bu, məsələnin həll olunduğu anlamına gəlmir. Belə ki, futbolçunun məxsus olduğu "Barselona"nın mövqeyi bu transferdə həlledici rola malikdir. "Medipol Başakşehir"in baş məşqçisi Ardanın transferi haqqında son qərarın yanvarın 12-nə qədər veriləcəyini bildirib: "Futbolçunun özünə qalsa, bu transferi tamamlanmış saymaq olar. Amma söhbət iki il əvvəl çox yüksək qiymətə alınmış ulduz futbolçudan gedirsə, burada onun məxsus olduğu komandanın mövqeyi möhüm rol oynayacaq. Biz Ardanı icarəyə götürmək istəyirik, özü də pul ödəmədən. Çünkü bizim də bir büdcəmiz var və həmin büdcədə transfer üçün ayrımış pulun miqdarı bəlldir. Bəlkə də bu iş üçün sponsor lazım olacaq. Hər halda biz Ardanı bonserviz ödəmədən icar əsasında almaq istəyirik. Amma "Barselona" buna razı olacaqmı? Bütün hallarda cümə gününə qədər bu məsələdə son nöqtə qoyulacaq. Bir gün də gözləmək lazımdır".

Göründüyü kimi, transferdə çətinliklər hələ də var. Amma "Barselona" Ardaya xərclədiyi böyük pullardan canını qurtarmaq istəyirsə "Başakşehir"in təklifi ilə razılaşmalıdır, Əks halda hələ bir neçə il Arda üçün yüksək məbləğ ödəmək məcburiyyətində qalacaq.