çərşənbə axşamı, 19 iyun 2018

Menu

çərşənbə axşamı, 19 iyun 2018

DÜNYA FUTBOLU

Rumıniyalı baş hakim yanlış penalti verdiyini etiraf edib - VİDEO

12.01.2018 10:05

Rumıniyalı baş hakim Ovidiu Hatseqan İsveçrə yığması ilə 2018-ci il dünya çempionatının ilk pley-off matçında ev sahibi Şimali İrlandiyanın qapısına penalti təyin etməklə səhvə yol verdiyini etiraf edib.

36 yaşlı referi həmin epizodu özü üçün kədərli və xoşagəlməz an adlandırıb. Hatseqan buraxdığı səhvin pley-offun taleyinə böyük təsir göstərdiyini vurğulayıb: "Bu, sirr deyil və öz mövqeyimi gizlətmirəm. Amma mən güclü insanam və ailəmin köməyi ilə üzərimdəki təzyiqin öhdəsindən gəldim".

Bu referinin adı DÇ-2018-in final mərhələsi üçün seçilən 36 hakim arasına düşməyib. Hatseqan Rusiyadakı mundialda baş hakimin video-asistenti olacağına ümid etdiyini bildirib.

2017-ci il noyabrın 9-da Belfastda keçirilmiş qarşılaşmanın 56-cı dəqiqəsində top şimali irlandiyalı futbolçu Korri Evansın çiyninə dəydiyi halda, Hatseqan onun əllə oynadığı qənaətinə gəlib. Nəticədə baş hakimin təyin etdiyi penaltini İsveçrə yığmasının oyunçusu Rikardo Rodriges dəqiq yerinə yetirib. İki matçlıq mübarizənin yekununda bu qol yeganə olub və İsveçrə mundiala vəsiqə qazanıb. Mübarizəni dayandıran komandanın baş məşqçisi Maykl O Nil isə məlum epizodu futbolçu karyerası ərzində gördüyü ən pis hakim qərarı adlandırıb.

Qeyd edək ki, Şimali İrlandiya DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda çıxış edib. Britaniyalılar Belfastda 4:0, Bakıda isə 1:0 hesablı qələbə qazanıblar. Report

Oxundu: 279

© 2018 - NSPSOLUTIONS