cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna təklif olunub

15.01.2018 09:30 Oxundu 2927

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və "Neftçi" klubunun üzvü Elnur Cəfərov menecerlər vasitəsilə Türkiyənin “Bursaspor” klubuna təklif olunub.

21 yaşlı hücumçu ilə Super Liqada çıxış edən başqa bir klubun – “Kayserispor”un da maraqlandığı bildirilir.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərov ötən ilin iyulunda “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. Hazırda U-21 yığmasının heyətində Türkiyənin Antalya bölgəsində toplanışda olan cinah yarımmüdafiəçisi ötən ilin noybarında sosial şəbəkədə azarkeşi təhqir etdiyi üçün “Neftçi”nin əsas komandasından kənarlaşıdırılıb. Lakin daha sonra o, bağışlanıb. Report