Bazar ertəsi, 28 may 2018

Menu

Bazar ertəsi, 28 may 2018

GÜLƏŞ

Yunan-Roma güləşçilərimiz İranda yarışacaqlar

24.01.2018 15:30

25-26 yanvar 2018-ci il tarixdə İran İslam Respublikasının Mehşəhr şəhərində yunan-roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. Turnir yunan-roma güləşçilərinin reytinq xallarının hesablanacağı ilk yarışdır.
Yunan-Roma güləşi üzrə yığmanın üzvləri yarışda baş məşqçisi Şaban Donat və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında iştirak edəcək. Heyətdə Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq), Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Nəsir Həsənov (77 kq), Türmən Eyyubov və Orxan Nuriyev (hər ikisi 97 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək.
Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Qitə və Dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.

Oxundu: 702

© 2018 - NSPSOLUTIONS