cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Bill Qeyts “Mançester Yunayted”in yarımmüdafiəçisi ilə stolüstü futbol oynayıb - VİDEO

26.01.2018 16:40 Oxundu 2947

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata ilə stolüstü futbol oynayıb.

İspaniyalı futbolçu ilə milyarderə Norveçin baş naziri Erna Sulberq və pakistanlı fəal Malala Yusufzay yoldaşlıq ediblər.

Qeyd edək ki, Xuan Mata futbolçuların maaşlarının 1 faizini xeyriyyəçiliyə yönəltmələri üçün “Common Goal” adlı fond təsis edib. Yarım il ərzində 18 ölkədən 36 futbolçu fonda, ümumilikdə, 439 min funt sterlinq köçürüb. Report

video