cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"da azərbaycanlılar hücum edəcək

07.02.2018 17:45 Oxundu 2483

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır. Komandalar hazırlıqlarının son mərhələsinə qədəm qoyub. Artıq AFFA-ya sifarş ərizələri təqdim olunur. Lider "Qarabağ" çemionatın qalan hissəsində 23 futbolçu ilə mübarəzə aparacağı barədə məlumat yayıb. Komandanın AFFA-ya təqdim etdiyi sifariş ərizəsində 14 yerli, 9 əcnəbi futboilçunun adı var. Əcnəbilərin ikisi qapıçı, ikisi isə müdafəçidir. Ən çox əcnəbi yarımmüdafiə xəttində yer alır - 5 nəfər. Bu o deməkdir ki, çempionatın qalan hissəsində "Qarabağ"da yalnız azərbaycanlılar hücum edəcək.

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç;

Müdafiəçilər: 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana;

Hücumçular: 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev.