şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Ulduz futbolçu İlham Əliyevlə “selfie” çəkdirdi - FOTOLAR

09.02.2018 16:45 Oxundu 2957

Xəbər verdiyimiz kimi, Dünya Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Bu gün kubok prezident İlham Əliyevə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Ulduz futbolçu görüş zamanı prezidentlə “selfie” çəkdirib. Daha sonra Kristian Karambo ilə dövlət başçısı birgə şəkillərə baxıblar. Həmin anlar maraqlı görüntülərə səbəb olub. Qafqazinfo