cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycan Dünya Kubokuna bir idmançı ilə yollanır

12.02.2018 12:56 Oxundu 1400

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku turniri keçiriləcək.

Azərbaycan 12 gün davam edəcək yarışa cəmi 1 snayper sifariş edib.

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq. Apasport.az