cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycan milli komandasının baş məşqçisi dəyişib

12.02.2018 13:15 Oxundu 1696

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib.

Cempion.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti başa çatan İlham Əzizzadəni Zeynal Zeynalov əvəzləyib.

Qeyd edək ki, Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib.