şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Yunis Hüseynov: “Neftçi" ilə oyunda yeni bir “Kəpəz” gördük"

12.02.2018 14:09 Oxundu 1490

TPL-in XV turunda baş tutan “Neftçi” - “Kəpəz” oyunundan (1:0) sonra Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov görüşlə bağlı fikirlərini bölüşüb: “Neftçi" oyunda yeni bir “Kəpəz” gördük. Komandamızda çoxlu dəyişikliklər olub.

Oyundan narazı qalmadım. Düzdü, meydanın mərkəzini rəqibə vermişdik amma bu bizim taktiki gedişimiz idi. Əks-hücumlarda uğur qazanmaq istəyirdik. Fərqlənmək üçün fürsətimiz oldu.

“Neftçi”yə qapımızda 100 faizli qol vəziyyətləri yaratmağa imkan vermədik. Yalnız görüşün sonunda qol buraxdığımıza görə təəssüfləndik.

Mənə elə gəlir ki, matçın nəticəsi heç-heçə olmalı idi. “Neftçi”ni təbrik edirəm, qarşıda hələ 13 oyun var. Futbolçular tam özlərinə gələndən sonra daha mübariz komandamız olacaq. Belə olan halda nəticə də olacaq”.

kapazpfc.az