cümə axşamı, 18 aprel 2024

DİGƏR NÖVLƏR

Taekvondoçularımız İstanbulda 2 medal qazandı

13.02.2018 11:46 Oxundu 3376

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından “Turkish Open” turnirinə start verilib. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb. Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər. Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.Apasport