18.02.2018 12:30
3351
Millimizin futbolçusu Eddi İsrafilovun yeni komandası "Alkorkon" İspaniyanın II La Liqasında növbəti oyununu keçirib.
Adıçəkilən komanda XXVII tur çərçivəsində "Tenerife"ni qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. Yığmamızın üzvü zədəli olduğu üçün adı matçın iştirak ərizəsinə salınmayıb.
Aktivində 34 xal olan "Alkorkon" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon"a bu il "Ximnastik"dən keçib. Apasport.az