cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Braziliyada matç zamanı hakim 9 futbolçunu meydandan qovub

19.02.2018 09:30 Oxundu 2066

Braziliyanın Baiya ştatının futbol çempionatında "Viktoriya" və "Baiya" klubları arasında keçirilən matç komandaların 9 futbolçusunun meydandan sovulması səbəbindən sona qədər oynanılmayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Komandalar arasında görüş bazar günü keçirilib. Birinci hissədən sonra "Viktoriya" 1:0 hesabı ilə öndə olub. Fasilədən sonra "Baiya" hesabı bərabərləşdirib. Ardınca meydanda dava düşüb. Nəticədə hakim "Baiya"nın 3, "Viktoriya"nın 2 futbolçusunu meydandan qovub. Daha sonra isə fit sahibi hər klubdan daha iki futbolçunu cəzalandırmaq qərarına gəlib.

İkinci hissənin sonunda "Viktoriya"nın daha 2 futbolçusu meydandan qovulub və bu komandanın tərkibində cəmi 6 futbolçu qalıb. Qaydalara görə, bir komadanın heyətində 7-dən az futbolçu qalarsa, matç davam etdirilə bilməz. Report