19.02.2018 16:10
2811
Türkiyədə atletika üzrə “İstanbul İndoor Cup” keçirilib.
Yarışda Azərbaycan idmançıları da iştirak ediblər.
Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.
Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləşib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi. Apasport.az