şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Qol vurdu, ÇL-in tarixinə düşdü

22.02.2018 11:16 Oxundu 1574

Türkiyə yığmasının futbolçusu Cengiz Ündər tarixə düşüb. O, buna Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Şaxtyor”la səfər matçında nail olub. Donetsk təmsilçisi ilə qarşılaşmada hesabı açan Cengizin bu qolu Türkiyə futbolu üçün əlamətdar olub. Belə ki, yarımmüdafiəçi ÇL-də fərqlənən ən gənc türkiyəli oyunçu ünvanına sahib çıxıb. Ündər 20 yaş, 7 ay, 7 günlüyündə Avropanın ən mötəbər klub turnirində qol hesabını açıb. Qeyd edək ki, oyun “Roma”nın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu komandalar arasındakı cavab matçı isə martın 13-də keçiriləcək.Apasport