çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

AFFA “Neftçi” və “Qəbələ”ni cərimələyib

06.03.2018 13:17 Oxundu 2710

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yusif Nəbiyev 1 matçlıq kənarlaşdırılıb. Futbolçusunun cəzalanması “Qəbələ”nin 200 manat cərimələnməsi ilə nəticələnib. Apasport