cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Sumqayıt”ın prezidenti postuna 3 namizəd

07.03.2018 14:15 Oxundu 2797

“Kamran Quiyevin “Neftçi”yə keçməsi birbaşa onun qərarıdı. “Neftçi”nin təsisçiləri tərəfindən təklif aldı və qəbul etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. AFFA-nın bu gün keçirilən Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirən qurum rəsmisi Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postunu “Neftçi”dəki eyni vəzifəyə dəyişməsi barədə fikirlərini açıqlayıb. Məmmədov “Gənclik şəhəri” təmsilçisinin prezidenti vəzifəsinə yeni namizədlərdən də danışıb: “Sumqayıt”ın Müşahidə Şurası ilə söhbətimiz oldu. Kamran müəllim bunları onlara demişdi. Namizədlər var, biri də Riyad Rəfiyevdi. Mənə yaxınlaşıb dedi ki, klubdan ona müraciət gəlib. AFFA-nın əvvəlki əməkdaşlarından və hazırkı rəsmilərindən birinə də təklif gəlib. 3 nəfər namizəd var. Bizdə çalışan əməkdaşları tövsiyə edə bilərik. Çünki bizdən soruşurlar. Müxtəlif beynəlxalq tədbirlərlə bağlı da müraciətlər də olur. AFFA-da işləyən adam o demək deyil ki, ömürlük burda qalmalıdı. Bəlkə sabah mənə də təklif gəlsə, Rövnəq müəllimə müraciət edib gedə bilərəm. AFFA-dan kimsə hansısa kluba gedirsə, bu o demək deyil ki, qurum öz adamını ora göndərdi. Gəlin, bu məsələyə şübhəli yanaşmayaq”. Məmmədov UEFA nümayəndələrinin konfransa qatılmasının danışılmış oyunlarla bağlı olmadığını qeyd edib: “Con Deleyni UEFA İcraiyyə Komitəsinin üzvüdü. Əvvəllər də bu qurum rəsmiləri Azərbaycana səfər edirdilər. Biz 2 ay əvvəldən xəbər verməliyik. Onların da gəlmək hüququ var”. İclasda Premyer Liqa klublarının sayı ilə bağlı müzakirələrin apardıldığını bildirən baş katib bu rəqəmin 10-a çatdırılmasını istədiklərini vurğulayıb: “Bəli, bu barədə də müzakirələr oldu. Amma I diviziondan hansı komandanı gətirək? Sadəcə, əmin olmalıyıq ki, həmin klub tərtəmizdi. Mövsümün sonuna qədər gözləməliyik. Düşünürəm ki, 10 komanda olsa, çox yaxşı olardı. Beynəlxalq təşkilatlarla məsləhətləşəndə 10 komandalı çempionatın ideal olduğunu düşünürük”.