Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

BIZIM FUTBOL

Azərbaycan Premyer Liqasının oyununda FIFA referisi kobud səhvə yol verib - VİDEO

13.03.2018 17:31

FIFA referisi Ömər Paşayev Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Keşlə” və “Qəbələ” komandaları arasında keçirilən oyunda kobud səhvə yol verib. Baş hakim qarşılaşmanın 65-ci dəqiqəsində qonaqların müdafiəçisi Voislav Stankoviçin öz cərimə meydanaçalarının daxilində paytaxt klubunun futbolçusu Sertan Taşkına qarşı kobud oyununa göz yumub. Serbiyalı arxa xətt oyunçusu aşkar şəkildə 21 yaşlı müdafiəçinin ayağına zərbə vursa da, nə Paşayev, nə də yan xətt hakimi Mübariz Haşımov gözlərinin qarşısında baş verən qayda pozuntusu qeydə almayıblar. Taşkın isə ayağına aldığı zədən sonra yerdə qalıb. O, həkim müdaxiləsindən sonra oyunu davam etdirə bilib. Qeyd edək ki, hazırda hesab 1:1-dir. Report

Oxundu: 431

© 2018 - NSPSOLUTIONS