cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu Almaniya klubu ilə müqavilə bağlayıb

06.04.2018 09:23 Oxundu 2737

Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov klubunu dəyişib. Hazırda Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan Berlin "Dinamo"sunda forma geyən 28 yaşlı hücumçu “Proyssen Myunster”lə iki illik müqavilə bağlayıb. Dadaşov Almaniyanın III liqasında çıxış edən yeni klubuna cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan fovard hazırda Regional Liqanın bombardiridir. O, 24 matçda 23 qol vurub. “Proyssen Myunster” 32 turdan sonra 39 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır.Report