şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır

06.04.2018 13:59 Oxundu 4148



Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır. Velosiped Federasiyasından Cempion.az-a verilən məlumata görə, paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar. Qeyd edək ki, iyunun 5-9-da qəbul edəcəyimiz dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.