cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Kanadada hokkeyçiləri aparan avtobus qəzaya uğrayıb - 14 nəfər ölüb

07.04.2018 11:49 Oxundu 2857

Kanadanın “Humboldt Bronkos” hokkey klubunun gənclərdən ibarət komandasını aparan avtobus qəzaya uğrayıb.

“Report” “New York Times”a istinadən xəbər verir ki, hadisə Saskaçevan əyalətində baş verib.

“Nipavin Hauks”la pley-off matçı üçün səfərə çıxan hokkeyçiləri aparan avobus qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 28 nəfərdən 14-ü ölüb.

Avtobusdakı hokkeyçilərin 16-21 yaşları olub.

Kanadanın Baş naziri Castin Tryudo “Twitter” vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib.