çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Astaralı veteran idmançı ikinci dəfə Azərbaycan çempionu olub

10.04.2018 15:29 Oxundu 3154

Aprelin 6-8 də Oğuz rayonunda atletika idman növünün kross qaçışı üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib. Çempionatda Astara rayonunu təmsil etmək üçün şəhər 3 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi, atletika idman növü üzrə məşqçi Əliyev Rəşad Əjdər oğlu iştirak edib. Rəşad Əliyev 10 km məsafəyə qaçışda finişi I tamamlamış və Azərbaycan çempionu adını qazanıb. Qeyd edək ki, Rəşad Əliyev 10 km məsafəyə qaçışda Azərbaycan çempionatında ardıcıl ikinci dəfədir ki, I yerə layiq görülüb. İdmançımızı bu böyük nailiyyət münasibəti ilə təbrik edir, ona uğurlar arzulayırıq.Astarainfo.az