cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Kyellinidən “Real”a - “Hakimə nə qədər pul vermisiniz?”

12.04.2018 13:45 Oxundu 2749

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Yuventus” səfərdə “Real”a 3:1 hesabıyla qalib gəlsə də, iki görüşün nəticəsinə görə turnirlə vidalaşıb. Oyundan sonra "Yuventus"un müdafiəçisi Corco Kyellini açıqlama verib. 33 yaşlı müdafiəçi "Real"ın hakimin köməkliyilə yarımfinala yüksəldiyini deyib: ““Real”ın belə şəkildə mərhələ adlaması artıq təəccüblü deyil. Ötən il eynisini “Bavariya”ya etmişdilər. Bu dəfə növbə bizə çatdı. Əlbəttə, biz də son komanda olmayacağıq və siyahı genişlənəcək. Hakimlərin cəsur və vicdan sahibi olması lazımdır. Qəhrəman olmağa çalışmalıdırlar".

Kyellini oyunun son saniyələrində təyin edilən penalti epizodunu dəyərləndirib: "Əvvəlcədən penalti olduğunu düşünə bilərsiz. Ancaq təkrara baxanda nə qədər gülməli olduğunu anlamaq heç də çətin deyil. Kimsə bizə inanmırdı ki, geri dönüş edək. Növbəti mövsümlərdə bizə fayda verə biləcək oyun nümayiş etdirdik. "Real"ın meydanında 3:0 ön keçdik. Hələ 5-6 qol vura bilərdik. Komandamızla qürur duyuram". Kyellini oyun zamanı baş hakim Maykl Oliver penalti təyin edərkən "Real"ın futbolçularına "Hakim üçün nə qədər pul verdiniz?" jestini edib.Qafqazinfo