cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Berti Foqts millimizin üzvü haqda - “Böyük “ov” ediblər”

13.04.2018 13:31 Oxundu 3078

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən "Dinamo" klubunun hücumçusu Rüfət Dadaşovun III liqa təmsilçisi "Proyssen Myunster"ə keçidi haqda danışıb.

72 yaşlı mütəxəssis özünün millimizin baş məşqçisi olduğu dönəmdə heyətə cəlb olunan 28 yaşlı hücumçu haqda xoş fikirlər səsləndrib:

"Rüfət Dadaşovun III liqada çıxış edən "Proyssen Myunster" klubuna transfer olunacağını gözləmirdim. Rüfət III yox, II liqada oynayacaq gücdədir, həmçinin, yaxşı oğlandır. Klub həqiqətən də "böyük ov" edib".

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisinin heyətində 16 oyunda iştirak edib və 4 qol vurub. O, 2014-cü ildən yığmamıza dəvət almır. Qafqazinfo