18.04.2018 15:28
3154
FİFA dərəcəli referi Əliyar Ağayev növbəti təyinatını alıb. AFFA-nın rəsmi saytının məlumatına görə, Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Qarşılaşmada dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.
Qeyd edək ki, “Mançester Siti” – “Barselona” matçı aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda baş tutacaq.Apasport