cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Fransa millisinin sabiq baş məşqçisi vəfat edib

24.04.2018 15:13 Oxundu 2850

Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib. RFI radiosu xəbər verir ki, tanınmış mütəxəssis 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O, həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. O, DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot dİvuar, Ekvatoriyal Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.Report