cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Yığmamız Avropa kubokuna 10 cüdoçu ilə qatılacaq

10.05.2018 16:40 Oxundu 2142

Mayın 12-də Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku start götürəcək. 2 gün davam yarışda Azərbaycan millisi də iştirak edəcək.

Turnirdə ölkəmiz Mehman Sadıqov, Kəramət Hüseynov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Naim Hüseynov (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu (90 kq) və Cəlil Şükürovla (+100 ) təmsil olunacaq.

Avropa kubokuna ümumilikdə 16 ölkədən 217 kişi, 95 qadın cüdoçu qatılacaq. Bu idmançılardan 155-i (86 kişi, 69 qadın) Rusiyaya məxsusdu.(Apasport)