cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Quliyev 6-cı oldu, Kopello yarışmadı

14.05.2018 10:14 Oxundu 2657

Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”da ikinci mərhələnin yarışları keçirilib.

Şanxayda baş tutan turnir azərbaycanlı sprinter Ramil Quliyev üçün uğursuz alınıb.

Belə ki, bu dəfə kişilərin 200 m məsafəyə qaçışı olmadığından həmyerlimiz 100 m məsafəyə qaçışda start xəttinə çıxıb. O, 10,20 saniyə nəticə ilə 6-cı yeri tutub və aktivinə 3 xal yazdırıb. Birinci pilləni isə Rice Preskod (Böyük Britaniya) tutub. O, 100 m məsafəni 10,04 saniyəyə qət edib.

“Brilyant Liqa”nın ilk mərhələsində iştirak edən yığmamızın lideri Aleksis Kopello isə bu dəfə yarışa qatılmayıb. Buna səbəb Şanxayda üçtəkanla tullanmada kişilərin deyil, qadının mübarizə aparması olub.

Qeyd edək ki, “Brilyant Liqa” 14 mərhələdən ibarətdi. Apasport.az