cümə axşamı, 18 aprel 2024

VOLEYBOL

Voleybolçularımız Avropa Liqasının qızıl mərhələsində oynayacaq

14.05.2018 20:14 Oxundu 4343

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası may ayında start götürəcək Avropa Liqasının qızıl mərhələsində mübarizə aparacaq. Gənclər və İdman Nazirliyinin məlumatına görə, A qrupunda mübarizə aparacaq komandamız Portuqaliya, Ukrayna, Bolqarıstan milliləri ilə ev-səfər oyunlarında qarşılaşacaq.

Bakıda keçiriləcək ev oyunlarının Dərnəgül Voleybol Mərkəzində təşkil olunması nəzərdə tutulub.

Hər qrupda birinci yeri tutacaq komanda Avropa Liqasının final oyununda iştirak edəcək. Final oyunları 15 iyun 2018-ci il tarixində Macarıstanın Budapeşt şəhərində keçiriləcək.

Komandamızın qrup mərhələsində görüşlərinin proqramı:

Azərbaycan - Ukrayna
19.05.2018/ saat 18:00

Azərbaycan - Portuqaliya
23.05.2018/ saat 18:00

Bolqarıstan - Azərbaycan
26.05.2018

Azərbaycan - Bolqarıstan
30.05.2018/ saat 18:00

Portuqaliya - Azərbaycan
02.06.2018

Ukrayna - Azərbaycan
06.06.2018

(Modern.az)