15.05.2018 13:27
1672
2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Sabah” klubu əsas komandanın baş məşqçisi Arif Əsədovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, 48 yaşlı mütəxəssislə əldə edilən qarşılıqlı razılığa əsasən, onunla müqavilənin müddətinin artırılmamasına qərar verilib.
Komandanın yeni baş məşqçisinin başa çatan mövsümdə I Divizionun qalibi olan “Xəzər”ə rəhbərlik edən Elşad Əhmədovun olacağı gözlənilir.