cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Klublar nə vaxt mükafatlandırılacaq?

15.05.2018 15:45 Oxundu 1569

Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/2018 mövsümü finişə yaxınlaşır.

Cempion.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, sonuncu – XXVIII turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.


Əvəzedicilərin yarışında mayın 19-da “Bayıl Arena” stadionunda keçiriləcək “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.

Topaz Premyer Liqasında isə mayın 21-də “Azersun Arena”da keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman çempion “Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də çempionatın bombardirinə xüsusi hədiyyə veriləcək.