21.05.2018 15:40
1607
İtaliyanın "Yuventus" futbol klubundan ayrılan Canluici Buffon karyerasını Fransada davam etdirə bilər. "Sky İtalia" xəbər verir ki, təcrübəli qapıçı Fransa PSJ-si ilə razılıq əldə edib. 40 yaşlı qolkiper Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Onun Fransa klubuna keçidi mayın 23-ü rəsmiləşə bilər.
Qeyd edək ki, Canulici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib.(Report)