çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb

28.05.2018 10:50 Oxundu 3132

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Federasiyadan Cempion.az-a verilən məlumata görə, körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kq olan atletlər çıxıblar.

77 kq çəki dərəcəsində toplam 275 kq (125+150) nəticə ilə Füqan Əliyev, 85 kq çəki dərəcəsində toplam 307 kq (137+170) nəticə ilə Tarmenxan Babayev, 94 kq çəki dərəcəsində toplam 110 kq (50+60) nəticə ilə Nəsib Yusifov, +105 kq çəki dərəcəsində isə toplam 295 kq (133+162) nəticə ilə Həsənbəy Həsənzadə qızıl medal əldə ediblər.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

77 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Əliyev Fuqan 2001 Lerik Zirvə 71.5 125 150 275
2. Şükürlü Mayıl 2001 Bakı Təhsil 76.2 118 146 264
3. Alxasov Əlimərdan 2001 Lerik Zirvə 75.8 117 140 257

85 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Babayev Tarmenxan 2002 Şərur Təhsil 85.0 137 170 307
2. Mustafayev Məshər 2001 Gəncə Təhsil 78.2 90 117 207
3. Hüseynov Əli 2002 Goranboy Zirvə 77.5 87 101 187
4. Mustafayev Çoşqun 2002 Qazax Zirvə 78.1 81 101 181

94 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Yusifov Nəsib 2002 Qazax UGİM 91.6 50 60 110

+105 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Həsənzadə Həsənbəy 2001 Gəncə Təhsil 112.3 133 162 295
2. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 111.8 120 150 270