cümə, 29 mart 2024

VOLEYBOL

Bolqarlar Bakıda iddialı danışdı

29.05.2018 15:50 Oxundu 4491

“Biz daha 3 qələbə qazanmaq niyyətindəyik”.

Bunu Bolqarıstan millisinin voleybolçusu Mariya Karakaşeva deyib.

Sabah Qızıl Avropa Liqasında IV turun oyunları keçiriləcək. Yığmamızla qarşılaşacaq bolqarlar təxminən 1 saat öncə paytaxtımıza gəliblər. Matç öncəsi fikirlərini açıqlayan qonaqlar bildirib ki, Sofiyada olduğu kimi bu dəfə də qələbə qazanmaq iddiasındadılar.

Karakaşevanın sözlərinə görə, sabahkı qarşılaşma heç də asan olmayacaq: “Azərbaycan millisi ev oyununda müəyyən mənada sakit oynaya bilər. Biz çətin oyuna köklənmişik. Bu, Sofiyadakı görüşlə müqayisədə daha gərgin olacaq”.

Komandanın digər üzvü Qerqana Dimitrova da ilk oyundakı 3:1 hesablı məğlubiyyətin təsadüfü olmadığını sübuta yetirmək istəklərini açıqlayıblar: “Azərbaycana qalib gəldiyimiz ilk oyundan sonra əhval-ruhiyyəmiz əladı. Biz təkcə bu rəqib deyil, qrupumuzdakı digər 2 komandanı da məğlub etmişik. 3 qələbədən sonra biz qrupumuzun ən yaxşıyıq. Düşünmürəm ki, bundan sonra bizim hər hansı bir çətinliyimiz olacaq”. Apasport