çərşənbə, 15 avgust 2018

Menu

çərşənbə, 15 avgust 2018

DÜNYA FUTBOLU

DÇ-2018: Nigeriya yığması - DOSYE

30.05.2018 13:38

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 15 gün qalır. Növbəti dosyemiz mundialın iştirakçısı Nigeriya yığması haqqındadı.

Nigeriya

FİFA sıralaması: 47-ci yer

Dünya çempionatlarında iştirak sayı: 5 (1994, 1998, 2002, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 18 (5 qələbə, 3 heç-heçə, 10 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 20-26

Ən yaxşı nəticə: 1/8 final (1994, 1998, 2014)

Dünya çempionatlarında ən çox oyun keçirən nigeriyalı futbolçu: Jozef Yobo – 10 oyun (2002, 2010, 2014)

Dünya çempionatlarında ən çox qol vuran nigeriyalı futbolçular: Daniel Amokaçi, Emmanuel Amunike, Kalu Uçe, Əhməd Musa – 2 qol

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2016-cı il, oktyabr

2017-ci il Afrika Millətlər Kubokuna vəsiqə qazana bilməmək Nigeriya üçün böyük uğursuzluq idi. Komandanın bu nəticənin ardından Zambiya qarşısında yeni macəraya başlayırdı. Ayvobi və İhenaçonun ilk hissədə vurduğu qollar sonda “yaşıllar”ın 2:1 qələbəsini təmin etdi.

2017-ci il, iyun

2019-cu il Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində CAR qarşısında alınan məğlubiyyət baş məşqçi Qernot Rohrun işini təhlükə altına alır.

2017-ci il, sentyabr

Kamerunla matç böyük maraqla gözlənilirdi. Həm aralarındakı rəqabət, həm də dünya çempionatına çıxmaq istəyi bunu deməyə rəvac verirdi. Nigeriyanın rəqib qapısından dörd cavabsız qol keçirməsi işləri qaydasına saldı.

2017-ci il, oktyabr

Zambiya önündə bərabərlik yetərli idi. Bununla belə, səhnəyə çıxan Aleks Ayvobi komandasına qələbə qazandırmaqla yanaşı, mundiala bileti ələ keçirdi.

Dünya çempionatına hazırlıq

Mundiala hazırlıq məqsədilə 4 görüş planlaşdıran Nigeriya millisi bunların artıq ikisində meydana çıxıb və hər iki oyunda da məğlub olub. Polşa (1:0) və Serbiya (2:0) Qernot Rohrun yetirmələrindən güclü olub.

Dünya çempionatında

Nigeriya D qrupunda Argentina, İslandiya və Xorvatiya ilə birlikdə mübarizə aparacaq. İlk rəqib Xorvatiya olacaq. Ardınca Nigeriyanın qarşısına İslandiya çıxacaq. Qrup mərhələsinin sonuncu turunda isə Nigeriya Argentina ilə münasibətlərinə aydınlıq gətirəcək.

Baş məşqçi

Qernot Rohr: 64 yaş (28.06.1954)

Qabon, Niger və Burkina Faso kimi yığmalarda çalışan Rohr Afrikanın ən təcrübəli mütəxəssislərindən biri hesab olunur. Almaniyalı mütəxəssis 2016-cı ilin avqustunda Nigeriya millisinin başına keçib. Onun sayəsində “qartallar” cari təsnifat mərhələsində Afrikadan dünya çempionatına ən tez vəsiqə qazanan komanda oldu.

Ulduz

Con Obi Mikel: 31 yaş (22.04.1987)

Nigeriyanın kapitanı Con Obi Mikel hələ də yığmanın orta sahəsinin ən önəmli fiquru hesab olunur. 31 yaşlı futbolçu “Çelsi”nin heyətində Çempionlar Liqasının qalibi olub. O, hazırda Çinin “Tianjin TEDA” klubunun formasını geyinir. 2006-cı ildən bəri Nigeriya yığmasında oynayan Obi Mikel bu müddət ərzində 6 dəfə rəqib qapılarına yol tapıb.

Dünya çempionatı

Qrup mərhələsi

D qrupu

16 iyun

23:00. Xorvatiya – Nigeriya

Kalininqrad şəhər stadionu, Kalininqrad

21 iyun

19:00. Nigeriya – İslandiya

“Volqoqrad Arena”, Volqoqrad

26 iyun

22:00. Nigeriya – Argentina

Sankt-Peterburq şəhər stadionu, Sankt-Peterburq

İlkin iştirak ərizəsi

Qapıçılar: İkeçukvu Ezenva (“Enimba”), Frensis Uzoho (“Deportivo”), Daniel Akpeyi (“Çippa Yunayted”), Dele Aciboye (“Plateu Yunayted”);

Müdafiəçilər: Şehu Abdullahi, Vilyam Trost-Ekonq (hər ikisi“Bursaspor”), Tayron Ebeyi (“ADO Den Haaq”), Ola Eyna (“Hall Siti”), Elderson Eçiecile (“Serkl Brügge”), Brayan İdovu (“Amkar”), Çidozi Avaziem (“Nant”), Leon Baloqun (“Maynts”), Kennet Omeruo (“Kasımpaşa”), Stefen Eze (“Lokomotiv”);

Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tyançin Teda”), Ogenye Onazi (“Trabzonspor”), Vilfred Ndidi (“Lester”), Viktor Mozes (“Çelsi”), Oqenekaro Etebo (“Las Palmas”), Con Oqu (“Hapoel”, Bierşava), Uçe Enri Aqbo (“Standart”), Coel Obi (“Torino”), Mikel Aqu (“Bursaspor”), Aleks Ayvobi (“Arsenal”);

Hücumçular: Əhməd Musa (MOİK), Keleçi İhenaçço (“Lester”), Odion İqalo (“Çançun Yatay”), Simeon Nvankvo (“Krotone”), Cunior Lokosa (“Kano Pillars”).

Oxundu: 335

© 2018 - NSPSOLUTIONS