Cümə axşamı, 21 iyun 2018

Menu

Cümə axşamı, 21 iyun 2018

BIZIM FUTBOL

“Şübhəli penaltilər mənə lazım deyil” - Rəşad Sadıqov

09.06.2018 10:19

U-21 milli komandamız yoxlama görüşündə Macarıstanla 3:3 hesablı heç-heçə edib.

Oyundan sonra millimizin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Gənc mütəxəssis öncə oyun haqda danışıb:

- Düşünürəm ki, hər iki komandanın ifasinda gözəl oyun alındı. Maraqlı və baxımlı futbol oldu. Məğlub olsaydıq belə, razı qalacaqdım. Futbolçular çalışırdılar ki, nizam-intizamlı oynasınlar. Hesabda geri düşmələrinə baxmayaraq, sona qədər mübarizə apardılar. Komandanın çıxışından çox razı qaldım.

- Kənardan rəsmi oyun kimi görünürdü. Komanda çox ciddi yanaşırdı...

- Biz inkişaf etmək istəyiriksə, məşqə də rəsmi oyun kimi çıxmalıyıq. Belə olan halda, rəsmi görüşlərdə nəticə qazanmaq olar.

- Macarıstan oyuna aqressiv çıxmışdı. Penaltidən sonra daha da aqressiv olduqlarını düşünmürsüz?

- Hər iki komandada bu var idi. Şübhəli penaltilər mənə lazım deyil. Hesab 1:3 olanda sevindim. Belə olanda rahat oldum ki, hesabda 2 top geriyik. Məşqçi kimi nəticəni dəyişmək üçün daha ürəkli oldum.

- Rəqibin baş məşqçisi hakimin qərarlarına etiraz edirdi...

- Onu da başa düşmək olar. Ev komandasının hakimidir. Qərarlara etiraz etməsi normaldır.

- Rəsmi oyunlarda meydana çıxacağımız heyət formalaşmaq üzrədir?

- Qazaxıstanla matçda və bugünkü görüşdə heyətdə 6-7 oyunçu 1999-cü təvəllüd idi. Daha cavanlaşmış heyətimiz var. Mənim üçün ən əsas odur ki, uşaqlar inkişaf etsin. İlk oyunlarda Qismət Alıyev oynamayacaq. Ona görə də onu sol cinahda oynadırdım və mərkəzdə rotasiyalar edirdim. Bir növ futbolçuları hazır edirəm. Nəticələr olmasa belə, onları hazır edirəm. Uduzsaq belə, özlərini yaxşı tərəfdən göstərmələrini və klubların diqqətini çəkmələrini istəyirəm.

- Hansı mövqeylərdə problemlərimiz var?

- Bütün mövqeylərdə problemlərimiz var. Çox işləməliyik. Bu tək milli ilə düzəlmir. Klublardada bu iş davam etməlidir. Futbolçulara tapşırıram ki, klubda məşqçilərin gözünə girin, çalışın. Əsas heyətdə oynamalarını istəyirəm. Bunu bacarsalar, işimiz asanlaşar.

- Renat Dadaşovla hücumçu problemimiz aradan qalxa bilər?

- Biz hansısa oyunçu ilə problem aradan qaldıra bilmərik. Renat tam hazır deyil. İstəyərdim ki, onu əsas heyətdə buraxım, amma hazır vəziyyətdə deyil. 2 aydır ki, məşq etmirdi. Məşqlərə ciddi yanaşır. Ondan razıyam. Bu tempdə davam etsə, böyük futbolçu ola bilər. Tərəfdarıyam ki, Renat karyerasını Avropada davam etdirsin.

- Tsiklin biri sizin üçün başa çatdı. Hansı məqamlardan narazı qaldınız?

- Çatışmayan cəhətlər çoxdur. Futbolçular çalışırlar, özlərinə inanırlar. O səviyyədə deyilik ki, rahatlaşaq. Çox çalışmalıyıq, sadəcə, millidə vaxt azdır. Ən böyük problem vaxt azlığıdır.

- Əsas millimizin Qazaxıstana 0:3 hesabı ilə uduzmasından sonra komandaya inamsızlıq yaranıb…

- Oyundan sonra hamımız məyus olduq. Futbolçular da nələrdə səhv etdiklərini bilirlər. İnanıram ki, qarşıdakı oyunlarda bunu aradan qaldıra biləcəklər.

- Kosovo ilə oyuna optimal şəkildə hazır olmaq üçün bir yoxlama görüşü qalıb…

- Millətlər Liqasının startına bir müddət var. Latviya ilə yoxlama görüşündən sonra komanda istirahətə gedəcək. Bu müddətdə futbolçuların avrokubokdakı çıxışı vacib olacaq. Həmçinin legioner olan oyunçulardan da çox şey asılı olacaq. Kosovo ilə oyun ən vaxib olacaq.

- Milli komandamızın müdafiədə problem yaşadığı üçün geri dönməyin mümkündür?

- Bu haqda Qurban Qurbanovla aramızda söhbət yoxdur. Bu, müzakirə mövzusu deyil. Rəsmi oyunlarda hər şey qaydasında olacaq.(Qafqazinfo)

Oxundu: 83

© 2018 - NSPSOLUTIONS