11.06.2018 15:07
1762
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Trabzon Hava Limanında onu təhqir edən azarkeşi bağışlayıb. Lakin təcrübəli mütəxəssis tərəfdarın qarşısına şərt qoyub. Günəş Sefa İsaoğlu adlı fanata "İdmanda şiddətə yox" yazılmış broşürlər paylamasını və əsəblərinə nəzarət adlı təlimə getməsi şərtini qoyub. Yalnız bunları edəcəyi halda o, İsaoğlunu bağışlayacağını və şikayətini geri götürəcəyini bildirib. (Qafqazinfo)