şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Azərbaycan millisindən imtina etdim”

11.06.2018 16:22 Oxundu 3030

"Trabzonspor"un futbolçusu Murat Cem Azərbaycan millisindən təklif alıb. Bu barədə məlumatı gənc yarımmüdafiəçi özü verib.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında "1461 Trabzon"da keçirən 19 yaşlı orta sahə oyunçusu AFFA-nın dəvətini qəbul etmədiyini söyləyib: "Tranzonspor"un aşağı yaş qrupunda çıxış etdiyim vaxt Azərbaycandan təklif almışdım. Məni bu ölkənin U-18 komandasına çağırmışdılar. Lakin təklifi qəbul etmədim. Çünki Türkiyə millisindən dəvət gözləyirdim. Ancaq Türkiyə yığmasına da çağırılmadığım üçün çox məyus olmuşdum".

Yenidən "Trabzonspor"a qayıdan Murat Cem bu klubun U-21 komandasına qoşulub.

Qeyd edək ki, Murat Cem 2016-cı ildə Azərbaycanın U-17 yığmasının heyətində 4 yoxlama görüşündə iştirak edib.(Apasport)