cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" Haiti millisinin futbolçusu ilə yeni müqavilə bağlayıb

12.06.2018 09:54 Oxundu 3239

Haiti milli komandasının futbolçusu Vild-Donald Gerrye "Qarabağ" klubu ilə yeni müqavilə bağlayıb.

Bu barədə 29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib. Gerrye deyib ki, mövcud sözləşməsini daha bir il müddətinə uzadıb. İtaliya klubları ilə danışıqlar aparmadığını söyləyən təcrübəli oyunçu bu həftə Ağdam komandasının heyətində Çempionlar Liqasına hazırlıq üçün məşqləri bərpa edəcəyini vurğulayıb.

Qeyd edək ki, Vild-Donald Gerrye "Qarabağ"a 2017-ci il iyulun 6-da keçib. Report.az