Bazar ertəsi, 20 avgust 2018

Menu

Bazar ertəsi, 20 avgust 2018

DÜNYA FUTBOLU

Dünya çempionatında bombardir kim olacaq? - Namizədlər

12.06.2018 12:05

Rusiyada 2 gün sonra start götürəcək dünya çempionatı öncəsi bir çox proqnozlar verilir.

Mundialın qalibi olmaq üçün əsas favoritlər Almaniya, Braziliya, İspaniya, Fransa milliləri göstərilir.

Bundan başqa ayrı-ayrılıqda ulduz oyunuçların da şəxsi çıxışı hər kəsin diqqət mərkəzindədir. Superulduzların hansının bombardir olması, hansının komandasını arxasınca daşıması indidən maraqla gözlənilir.

Aşağıdakı futbolçular əsasən dillərdə dolaşır.

Meydan sahibi Rusiyanın əsas qol ümidi 28 yaşlı Fyodor Smolov olacaq. O qədər də çətin qrupda yer almayan şimal qonşularımızın hücumçusu ilk oyunlarda fərqlənə bilərsə, ilk “5-liy”ə düşmək şansı qazanacaq.

Mohamed Salah (Misir): Ən çox diqqət mərkəzində olan futbolçuya dəstək də böyükdür. Xüsusən müsəlmanların dəstəklədiyi ulduzdan hamı yaxşı çıxış gözləyir. Lakin onun Çempionlar Liqası finalında zədələnməsi onun çıxışına təsir edə bilər. Salah mundialın bombardirləri sırasında favortilərdən biridir.


Dele Alli (İngiltərə): Sağ vinger kimi çıxış edən Dele Alli britaniyalıların qol sialhlarından biridir. Onun çıxışından çox şey asılıdır.

Jezuş və Firmino (Braziliya): İngiltərə Premyer Liqasının iki əsas oyunçusu sözsüz ki, azarkeşlərin diqqətindən kənarda qalmayacaq. Müvafiq olaraq “Mançester Siti” və “Liverpul”da mövsümü əla keçirmiş oyunçulardan qollar gözlənilir.

Xames Rodrigez və Radamel Falkao (Kolumbiya): Xames “Bavariya”da elə də yaxşı mövsüm keçirməyib. Falkao isə uzunmüddətli zədədən geri dönüb. Lakin kolumbiyalıların ümidləri bu iki oyunçuyadır.


Qonsalo İquayn və Serxio Aquero (Argentina): Baş məşqçi Sampaolinin seçdiyi ikili. Messinin topla təmin edəcəyi bu iki forvard cənubi amerikalıları sevindirməyə borcludur.


Kilian Mbappe (Fransa): İnanılmaz istedadlı gənc. Fransa millisinin əsas qol ümidlərindən biridir. Antuan Qrizman “üstünə yorğan örtüb” gözləyə bilməyəcək.

Əsas namizədlər

12. Harri Keyn (İngitlərə): “Qızıl buts” mükafatına namizədlərdən biridir. İngiltərə millisi layiqli oyun göstərsə, Keyn qollar vurmaqda çox da əziyyət çəkməyəcək. Ucaboylu forvard mundiala tam hazırdır.


11. Dieqo Koşta (İspaniya): Baş məşqçinin fikrincə braziliyalı əsilli oyunçu yığmaya daha çox uyğun gəlir. Dieqo Koşta Lopeteqa üçün əsas qol silahıdır.


10. Tomas Müller (Almaniya): Almanlar dünya rekordçusu Miroslav Klozenin davamçısı kimi məhz Mülleri görürlər. Timo Vernerin də olduğu hücum xəttində əsas silah Müller olacaq.


9. Romelu Lukaku (Belçika): Eden Azar, Aleks Vitse, Kevin De Bruyne kimi futbolçuların olduğu komandada Mourinyonun qəzəbinə tuş gələn Lukaku qol ümididir. Belçikalıların baş məşqçisi məhz onun DÇ-də sürpriz edəcəyinə inanır.


8. Luis Suares (Uruqvay): Oskar Tabares son 8 ildə Suaresin çıxışından çox razıdır. Bu dəfə də mərkəz hücumçusunun xeyli qol vuracağından əmindir.


7. Kriştianu Ronaldo (Portuqaliya): Ronaldo DÇ-lərdə heç zaman istədiyi kimi çıxış edə bilmir. Mundiallar onun sevimli turnirlərinə aid deyil. Kris üçün qrupda çox çətin olacaq. Nəzərə alsaq ki, qrupda İspaniya və Mərakeş kimi komandalar var.


6. Robert Levandovski (Polşa): Polşalıların qrupdan çıxmaq şansı yaxşı dəyərləndirilmir. Maneli Seneqal, Kolumbiya və Yaponiya avropalılar üçün “asan yem” olmayacaq.

5. Lionel Messi (Argentina): Argentinalılar üçün ne Aquero, ne İquayn, nə Dibala bir nömrədir. Onlar üçün yalnız Lionel Messi var. Hər kəsin diqqəti ona yönələcək. Yəqin ki, dünya çempion olmasalar belə, Messi qol yarışında birinci olmağa çalışacaq.


4. Edinson Kavani (Uruqvay): Kavani üçün uğur qazanmağın ən asan yolu qrupda uğurlu çıxışdır. Edinson çempionatda daha çox qol vursa da, DÇ-də bunu etmək asan olmayacaq.


3. Timo Verner (Almaniya): Almanlar üçün adətən qol vurmaq çətin olmur. Xüsusən də qrupda bunu əla bacarırlar. Marko Roys, Draksler, hətta Müller də Verner üçün “işləyəcək”.

2. Antuan Qrizman (Fransa): Portuqaliyadan fərqli olaraq Fransa millisinin müdafiə xətti çox güclüdür. Etibarlı Fransa yığmasında fərqlənmək daha asandır. Bu baxımdan Qrizman Ronaldodan daha şanslıdır. Qrizman fransızların əsas ulduzudur.


1. Neymar (Braziliya): Braziliya DÇ-nin əsas favoritlərindən biri sayılır. Neymar daha çox qol vurmaq şansına sahibdir. Çünki bu komandanın yarımmüdafiə xətti həddindən artıq güclüdür. Mütəxəssislərə görə qol yarışında əsas namizədlər Qrizman, Messi və Neymardır. Onların şansları 10 ballıq şlkala ilə elə 10 bal gösütərilir. Lionel üçün daha çətin olacaq. Çünki Fransa və Braziliya digər xətlərinə görə də Argentinadan üstündür.

Qafqazinfo.az

Oxundu: 371

© 2018 - NSPSOLUTIONS