çərşənbə axşamı, 17 iyul 2018

Menu

çərşənbə axşamı, 17 iyul 2018

BIZIM FUTBOL

Ermənistanın "Artsax" klubunda oynayan azərbaycanlı futbolçunun burnu sındı - FOTOLAR

21.06.2018 15:17

Ermənistanın "Artsax" (ermənilər Qarabağa "Artsax" deyirlər - red.) futbol klubunda oynayan azərbaycan əsilli futbolçu Samur Ağaməhəmmədovun burnu sınıb və əməliyyat olunub. Yeniavaz.com "Artsax" futbol klubundan açıqlanan məlumata istinadən bildirir ki, 19 yaşlı Samur Vahid oğlu Ağaməhəmmədov bu ilin yanvar ayından etibarən futbol üzrə Ermənistanın birinci liqasında təmsil olunan "Artsax" klubunda oynayır.

Qeyd edək ki, Samur Ağaməhəmmədov Rusiyada, Dağıstan Resapublikasının Dərbənd şəhərində anadan olub. Rusiyanın "Anji" və "Nika Moskva" klublarında oynayıb.

Samur Ağaməhəmmədov "Artsax" futbol klubuna keçməzdən əvvəl AFFA tərəfindən 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Lakin Samur milliyyətcə erməni olan meneceri - Hovanes Qoaryanın təkidi ilə Azərbaycan millisindən imtina edərək Ermənistana yollanıb. O zaman Ermənistan mətbuatına açıqlama verən Samur bildirib ki, onun üçün milli mənsubiyyət əsas deyil.

Onu da bildirək ki, "Artsax" klubunda oynayan yeganə müsəlman Samur Ağaməhəmmədov deyil. Bu klubda Dağıstandan olan daha 2 futbolçu - Ramazan İsayev və Müslüm Bammamqerev oynayırlar.

Ermənilər "Artsax"ı "Qarabağ"a qarşı silah kimi istifadə edəcəklər...

Xatırladaq ki, "Artsax" futbol klubu 2 il əvvəl yaranıb. Daha əvvəl qeyd etdiyimiz kimi "Artsax" futbol klubu Azərbaycanın "Qarabağ" klubunun adının Avropa mətbuatında tez-tez hallanmağa başlamasından sonra ortaya çıxıb. "Qarabağ" Avropa liqası və Çempionlar liqası kimi mötəbər turnirlərin qrup mərhələsində mübarizə aparmaqla Avropa və dünya mətbuatının diqqətini öz üzərinə çəkməyi bacarıb. Nəticədə dünyanın aparıcı mətbuatlarında klubun tarixi, o cümlədən də Qarabağın işğalı barədə məlumatlar geniş yayılmağa başlayıb. Təbii ki, yaranmış vəziyyət işğalçı Ermənistanı narahat etməyə bilməz. Çünki "Qarabağ"ın rəqib qapılarına vurduğu hər qol həm də işğalçılara vurulan ağır zərbə olur. İşğalçı Ermənistan "Qarabağ"ın futbol meydanlarındakı uğurlarının qarşısını almaqda aciz olduğu kimi, mətbuatda yayılan "Qarabağ həqiqətləri"nin də qarşısını almaqda çətinlik çəkir. Bu səbəbdən də ermənilər "Qarabağ"a qarşı yeni "silahlarını" işə salmaq qərarına gəliblər.

Hazırda Dağlıq Qarabağda bu adda futbol klubu olduğu halda, paytaxt Yerevanda ikinci bir "Artsax" klubunun yaradılması ondan xəbər verir ki, ermənilər bu klubu Avropa arenalarında "Qarabağa" qarşı qoymaq niyyətindədirlər. Hesab edirlər ki, "Artsax" klubu da "Qarabağ" klubu kimi Avropada uğur qazandığı zaman mətbuat "Artsax"ın uydurulmuş tarixindən və erməni yalanlarından yazacaq.

Onu da xatırladaq ki, bu işdə Ermənistanın əsas dəstəkçisi rolunda ermənipərəst Fransız şirkəti "Renault" dayanır. Klubun baş sponsoru olaraq əsas maddi dəstəyi "Renault"dan alan ermənilər yaxın tarixlərdə Avropada qondarma respublikanın adını yaymaqla məşğul olacaqlar.

"Reno" markalı avtomobillərin Ermənistandan çox Azərbaycanda satılmasına, yəni Azərbacan bazarından daha çox pul qazanmasına rəğmən qondarma respublikanın adını daşıyan bir kluba sponsorluq etməsinə isə sadəcə təəssüflənmək olar.

Oxundu: 356

© 2018 - NSPSOLUTIONS