şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Afrikalı azarkeş: “Mən Naxçıvandanam, Şərurdanam” - FOTO - VİDEO

24.06.2018 17:28 Oxundu 3385

İdman insanları yaxınlaşdırır. Bu, Rusiyada keçirilən futbol üzrə dünya çempionatında da baş verib. Trend-in müxbiri Maksim Surkov təsadüfən Nigeriyada olan vətəndaş Odigie Samson Joe ilə qarşılaşıb.

Aydın olub ki, Odigie Naxçıvan Dövlət Universitetində Tibb fakültəsində təhsil alır.

Nigeriyalı “Azərbaycan! Azərbaycan! Mən Naxçıvandanam, Şərurdanam” deyərək, Tünzalə Ağayevanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısından da bir bənd oxuyub. Yeri gəlmişkən, Odigie Azərbaycan dilində sərbəst danışır və təhsil aldığı universitet haqqında da yüksək fikirlər söyləyib.(Oxu.az)