şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Canluici Buffon​ PSJ-də

26.06.2018 10:49 Oxundu 3200

İtaliya milli komandasının və "Yuventus" klubunun sabiq qapıçsı Canluici Buffon karyerasını Fransanın PSJ klubunda davam etdirəcək. "Sport RMC" nəşrinin məlumatına görə, Paris təmsilçisi 40 yaşlı qolkiperlə müqavilənin detallarını razılaşdırıb. Təcrübəli oyunçu iki il Fransa klubunda çıxış edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və PSJ ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edib. O, kapitan sarğısını daşıdığı Turin təmsilçisinin heyətində 9 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kubokunu, 5 dəfə ölkə Super Kubokunu qazanıb. Buffon həmçinin 2006-cı ildə İtaliya yığması ilə birgə dünya çempionu olub. (Report)