cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Qazaxda Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş yarış keçirilib

26.06.2018 17:08 Oxundu 2677

Qazaxda Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş yarış keçirilib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cempion.az-a verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində Azərbaycan Polisinin 100 illiyinə həsr olunan mini-futbol turniri keçirilib. Turniri giriş sözü ilə açan Qazax RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev öz çıxışında Azərbaycan polisinin böyük nailiyyətlərindən , xidməti uğurlarından və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimaddan bəhs edib. O, ölkədə sabitliyin əldə edilməsində, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.

Rayon Polis Şöbəsinin komandasının da iştirak etdiyi bu yarışda şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarını təmsil edən 5 komanda qələbə uğrunda mübarizə aparıb. Komandalar arasında qazandıqları qələbələrlə ən çox xal toplayan Qazax RPŞ-nin əməkdaşları birinci yerə layiq görülüblər. Sonda turnir iştirakçılarına mükafatlar təqdim edilib.