cümə, 29 mart 2024

BİZİM FUTBOL

Şeydayev yenidən “Trabzonspor”a qayıtdı

27.06.2018 17:20 Oxundu 3217


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”a qayıdıb. Cempion.az-un Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc futbolçu komandasının düşərgəsinə qoşulub. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramilin Avstriya klubu “Mattersburq”la razılığa gələ bilməyib. O, dünən ilk təlim-məşq toplanışına başlayan “Trabzonspor”un məşqinə qatılıb. Şeydayevlə yanaşı, ötən mövsümü icarə əsasında “Karabükspor”da keçirən Luis İbanyez də məşqdə iştirak edib. Ancaq həmkarlarımız bu iki oyunçunun gələcək taleyi ilə bağlı hələ qərar verilmədiyini vurğulayıb.