Cümə axşamı, 15 noyabr 2018

Menu

Cümə axşamı, 15 noyabr 2018

DÜNYA FUTBOLU

Almaniya yığmasının oyunu ölkə iqtisadiyyatına 200 milyon avro zərər vura bilər

27.06.2018 17:55

Almaniya iqtisadiyyatı alman şirkətlərinin əməkdaşları öz iş yerlərində futbol üzrə dünya çempionatının oyunlarına baxanda zərər görür. Cempion.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Kölnün Alman İqtisadiyyatı İnstitutunun hesabatında deyilir. Ekspertlər hesablayıblar ki, bu gün keçiriləcək Almaniya-Cənubi Koreya matçı Almaniyaya 130 milyondan 200 milyon avroyadək zərər verə bilər. Həmin oyun keçiriləndə Almaniyada saat 16:00 olacaq. O vaxt şirkət və təşkilat əməkdaşlarının təqribən 30 faizi öz iş yerində olacaq. Əgər hər ikinci işləyən alman matça baxmağa qərar versə və 90 dəqiqə öz iş öhdəliyini yerinə yetirməsə, Almaniya iqtisadiyyatının itkisi 200 milyon avro təşkil edəcək.

Oxundu: 684

© 2018 - NSPSOLUTIONS