cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" Suriya futbol yığması ilə yoxlama oyunu keçirəcək

29.06.2018 15:23 Oxundu 2739

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq. Cempion.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.

Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.