şənbə, 20 aprel 2024

GÜLƏŞ

Güləşçimiz erməniyə qalib gəldi - VİDEO

10.07.2018 16:06 Oxundu 3017

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilər arasında keçirilən dünya çempionatı başa çatıb.

Son yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.

Güləşçilərimiz günü üç bürünc medalla başa vurub.

Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) fəxri kürsünün III pilləsində qərarlaşıb. Güləşçilərimiz müvafiq olaraq Yaponiya, Ermənistan və Hindistan idmançılarından üstün olub.

Həsrət Cəfərovun bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Robert Karapetyana 4:2 hesabı ilə qalib gəldiyi görüşün videosunu təqdim edirik:

(Oxu.az)

güləş